backend

Aygün Kazımovanın ad günündən-Video

Aygün Kazımovanın ad günündən-Video
Xalq artisti qısa, qırmızı rəngli transparan libası ilə diqqət çəkib.

Xalq artisti Aygün Kazımova özünə təmtəraqlı ad günü şənliyi təşkil edib.

Oxu.Az xəbər verir ki, məclisin aparıcılığını Zaur Nəbioğlu, Anar Mədətovun rəhbərlik etdiyi “Solo Band” ansamblı isə gecə boyu qonaqların zövqünü oxşayıb.

Gecə saat 11-dən sonra başlayan mərasimi “Talant” rəqs qrupunun rəqqasları açıq elan edib. Daha sonra səhnəyə meyxanaçılar Rəşad Dağlı və Pərviz Bülbülə çıxıb. Onlar səbəbkarın şərəfinə meyxana deyiblər.

Gecə saat 12 tamamda isə Aygün Kazımova səhnəyə çıxaraq gələn qonaqlarını salamlayıb və ilk dəfə olaraq belə qeyri-adiliyə imza atmasından danışıb:

“Bilirsiniz ki, mənim doğum günüm 26 yanvardır. Bu dəfə fərqli doğum günü keçirməyi qərara aldıq. Bu, mənim komandamın ideyasıdır. 25-dən 26-na keçən gecə ad günüm başladı və səhərə qədər davam edəcək”.

Sözlərini bitirən Kazımova “Mən Aygünəm” mahnısı ilə məclisi davam etdirib.

Xalq artisti qısa, qırmızı rəngli transparan libası ilə də diqqət çəkib.

Ad günündə daha bir fərqlilik yaşanıb. Adət etdiyimiz kimi tort məclisin sonunda deyil, əvvəlində kəsilib. Bu zaman bütün qonaqları səbəbkarı əhatəsinə alıb.

Ardınca isə dizayner İbo özünün xüsusi hazırladığı “Ay və Gün” formalı kreslonu xalq artistinə hədiyyə edib.

Aşıq Əlinin səhnəyə çıxıb Aygün xanımın şərəfinə şeir deyib oxuması da məclisə xüsusi rəng qatıb.

Doğum günündə xalq artistinin ən yaxın dostları ilə yanaşı, səbəbkarın müəllimləri Cavanşir Quliyev, Vaqif Gərayzadə də iştirak ediblər.

Təmtəraqlı keçən doğum günü şənliyi səhər saatlarına kimi davam edib.