Əhəd Abıyev özünə “NAZ-Lifan” alıb

Sosial 27-01-2016, 19:12
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobili alıb.
Əhəd Abıyev özünə “NAZ-Lifan” alıb
GUNDEMİNFO.AZ yazır ki, bu barədə Publika.az-a icra başçısı özü məlumat verib. Ə.Abıyev “NAZ-Lifan” avtomobilini hələ 2 ay öncə aldığını söyləyib: “Mən bu avtomobili 2 aya yaxındır ki, almışam və hazırda da istifadə edirəm. Evdə də istifadə edirlər. Çox keyfiyyətli avtomobildir. Əsl ev, ailə avtomobilidir. Mən də bu avtomobili ev üçün istifadə edirəm. Ancaq işə dövlət tərəfindən verilən xidməti avtomobilimlə gəlirəm. Hazırda işə “Niva” ilə gedib-gəlirəm. Çünki Daşkəsən dağlıq ərazi olduğu üçün burada ancaq “Niva” sərf edir”.

Ötən gün Prezident İlham Əliyevin məmurlara yerli istehsal olan “NAZ-Lifan” avtomobili almağı tövsiyə etdiyini vurğulayan Abıyev ölkə başçısının bu tövsiyəsinin çox vacib addım olduğunu bildirib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı dövlət məmurlarına Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ-Lifan" avtomobillərini almağı tövsiyə edib: “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar”.
Oxunub: 675
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10