backend

Rusiyada azərbaycanlı gizir mayor rütbəli həmyerlisini güllələdi – FOTO

Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Rusiyada azərbaycanlı gizir mayor rütbəli həmyerlisini güllələdi – FOTO
Məlumata görə səhər saat 9 radələrində penetensionar müəssisədə məhbuslardan birini xəstəxanaya müşaiyət etmək üçün müvəqqəti qaraul təşkil edilib.

Məhbusu xəstəxanaya yola salanda Əliyev həsbxananın darvazası qarşısında onu aparmağa gələn maşını gözləyib. Bu zaman həbsxananın digər işçisi mayor Həsənov öz maşını ilə ona yaxınlaşıb.

Lakin Həsənov maşından düşməyə imkan tapmayıb, yaxınlıqda dayanan Əliyev avtomatını götürərək mayora atəş açıb.Sonra isə Həsənovun başından sonuncu kontrol atəşini açaraq onu öldürüb.

İlkin məlumata görə münaqişəyə Əliyevə mənzil almaq üçün verilən birdəfəlik ödəniş ola bilər.

Faktla bağlı araşdırma aparılır.Rusiyada azərbaycanlı gizir mayor rütbəli həmyerlisini güllələdi – FOTO