backend

Bayrağımız tərsinə... səfirimiz fərqində də olmadı - FOTO

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov dünən Tacikistan Hökuməti Yanında Gömrük Xidmətinin rəisi Abdufattoh Qoib ilə görüşüb. Bu barədə məlumatı səfirlik yayıb.
Bayrağımız tərsinə... səfirimiz fərqində də olmadı - FOTO
Görüşdə iki ölkə arasında gömrük sahəsində 2007-ci ildə imzalanmış əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin bu sahədə əlaqələri inkişaf etdirmək üçün hüquqi baza yaratdığı qeyd olunub.

A.Həsənov ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da genişləndirmək üçün gömrük sahəsində bəzi islahat xarakterli tədbirlər görülməsi və gömrük prosedurlarının Azərbaycan iş adamları üçün sadələşdirilməsini təklif edib.

A.Qoib gömrük işində çətinliklərin yaranmaması üçün iki ölkə arasında qiymətlərin müəyyən edilməsi ilə bağlı informasiya mübadiləsi haqqında əlavə protokolun imzalanmasının vacibliyini bildirib.

Lakin görüşdə diqqəti cəlb edən başqa məqam da olub. Publika.az xəbər verir ki, bu, bayrağımızın səhv asılması ilə bağlıdır.

Abdufattoh Qoib bu xoşagəlməz hala göz yuma bilərdi. Maraqlıdır, görəsən, səfirimiz niyə bunun fərqinə varmayıb?