backend

Ruhaninin Fransa səfərinə görə özünü asdı – VİDEO/FOTO

FEMEN qadın hüquqlarının müdafiə təşkilatının üzvü İran Prezidenti Həsən Ruhaninin Fransa səfərinə etiraz olaraq özünü asıb.
Ruhaninin Fransa səfərinə görə özünü asdı – VİDEO/FOTO
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, adı açıqlanmayan təşkilat üzvü İranda ölüm hökmünə etiraz olaraq edam səhnəsi canlandırıb. Lüt soyunaraq bədəninə İran bayrağı çəkən qadın özünü “Xoş gəldin Ruhani, azadlqığın cəlladı!” şüarı ilə bəzədilmiş körpüdən “asıb”.

FEMEN təşkilatının Fransa təmsilçisi Sara Konstant deyib ki, İranda edam edilənlər arasında qadınlar, feministlər, cinsi azlıqların nümayəndələri və azad fikirli insanlar üstünlük təşkil edir.

Ruhanini qəbul etdiyinə görə, Fransa Prezidentini tənqid edən Konstant bildirib ki, bu görüş əslində Fransua Ollandın insan haqlarına o qədər də əhəmiyyət vermədiyini sübut edir. “Onun düşündüyü ancaq işdir. Əks təqdirdə Ruhanini qəbul etməzdi”, - S.Konstant əlavə edib.