backend

Üstündən avtobus keçən qız sağ qaldı - VİDEO

Dünən Sumqayıt şəhər Babək prospektində - "Hiper" marketin yaxınlığında avtobusun vuraraq üzərindən keçdiyi qız möcüzə nəticəsndə sağ qalıb.
Üstündən avtobus keçən qız sağ qaldı - VİDEO
2011-ci il təvəllüdlü Babayeva Səbilə Elşən qızı aldığı kəllə-beyin travması ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin təcili tibbi müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Xəstə hazırda da həmin tibb müəssisəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə qızın vəziyyəti normaldır.

Xatırladaq ki, hadisə dünən günorta saat 11 radələrində baş verib. Qəza marketin çöl kameralarına düşüb. Belə ki, anası ilə yolu keçmək istəyən qız qəfil qaçaraq yolun biri tərəfinə keçmək istəyib, lakin o, böyük ehtiyatsızlıq edərək yalnız yolun soluna baxıb və yüksək sürətlə yaxınlaşan nəqliyyat vasitələrini görməyib. Bu zaman sağdan gələn avtobus onu vuraraq üstündən keçib. Qeyd edək ki, bu küçə həqiqətən də çox təhlükəlidir və orada pyada keçidinə (zebraya) və bir müddət post patrul xidməti əməkdaşlarının ciddi nəzarətinə ehtiyac var.