backend

Türkiyədə üç azərbaycanlının başını kəsdilər - YENİLƏNİB

Türkiyədə üç azərbaycanlının başını kəsdilər - YENİLƏNİB
Hadisə ilə bağlı cinayət işi açılıb.

Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.

Oxu.Az-ın “Haber Gazete”yə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib. Ölənlərdən 2-si qadın, biri uşaqdır.

Meyitləri evə gələn 56 yaşlı Ema Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edib və polisə zəng vurub. Ölən digər şəxslərin Ema Şərifovanın bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi Sahib Şərifov olduğu məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

29.01.2016 23:29

Türkiyənin Şirnak vilayətinin Cizrə şəhərində üç əcnəbi qətlə yetirilib.

“Milliyət” qəzetinin məlumatına əsasən, Aziziye məhəlləsində mənzillərin birinə daxil olan polis əməkdaşları boğazı kəsilən Ema Şaripova, bacısı Elnaz və nəvəsi Sahibin cəsədlərini aşkar ediblər.

Cinayətin təxminən üç gün əvvəl törədildiyi bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.