backend

Azərbaycanda nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı - VİDEO + YENİLƏNİB DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı.

Azərbaycanda nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı - VİDEO + YENİLƏNİB DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı.
DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı.

Daxili İşlər Nazirliyi dəhşətli qəza ilə bağlı məlumat yayıb.

DİN-dən Oxu.Az-a daxil olan məlumata görə, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

10:37

Ağdaş-Mingəçevir yolunda dəhşətli qəza baş verib.

Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb.

Belə ki, nişandan qayıdan maşın karvanının önündə hərəkət edən “Dodge” markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub.

Bundan sonra arxadan gələn "VAZ-21015" markalı avtomobil onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur və "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən biri - Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı 5 nəfər də yaralanıb və vəziyyətləri olduqca ağırdır.