backend

Cəlilabad icra başçısını adı «abort» biznesində - MİLYONLAR BELƏ MƏNİMSƏNİLİR

Cəlilabad icra başçısını adı «abort» biznesində - MİLYONLAR BELƏ MƏNİMSƏNİLİR
Zaman-zaman 7News.az informasiya portalının redaksiyasına ölkənin müxtəlif regionlarından məlumatlar daxil olmaqdadır. Məlumatların aktuallığını, cəmiyyət üçün vacibliyini nəzərə alaraq üzərimizə düşən vəzifəni layiqincə icra etməyə çalışırıq. Bu həm də ölkə rəhbərliyinin medianın üzərinə qoyduğu ictimai məsuliyyətin göstəricisi kimi dəyərləndirilə bilər.

Redaksiyamıza daxil olan növbəti yazı oxuyanları sözün hər mənasında dəhşətə gətirəcəkdir. Əslində bu cəmiyyət olaraq bizim genefonumuza və sağlam gələcəyimizə təhdid kimi qiymətləndirilməlidir. Məktubu olduğu kimi təqdim edirik:

“Əziz qardaşlar və bacılar, hər birinizdən xahiş edirəm bu şəkli paylaşın, qoy bütün ölkə səsimizi eşitsin, bu şərəfsizliyi dayandıraq....

Sizinlə çox dəhşətli faktlar paylaşacam.

Deməli, rayon xəstəxanası ay ərzində hamilə bacılarımızı normadan 10 dəfə çox kesəriyyə əməliyyatı edirlər. 200 mindən az əhalisi olan Cəlilabad üçün bu çox böyük rəqəmdir. Heç 2 milyondan çox əhalisi olan Bakıdə belə rəqəm yoxdu.

Mən bu məsələni araşdırdım. Nəticədə bəlli oldu ki, həkimlər adi doğuşdan xəstəxanada ən çox 200 manat ala bilirlər, ancaq keysəriyyə əməliyyatından 1000 manat pul götürürlər.

Elə buna görə sağlam hamiləlik keçirdən bacılarımızı və onun ailəsini aldadaraq əməliyyat edirlər. Məqsəd isə pul qazanmaqdır.

Bu işin başında rayonun baş həkimi İlham həkim durur. İcra başçısının bundan xəbəri olduğu üçün o, hər əməliyyatdan faizini alıb, susur.

Keysəriyyə əməliyyatı zamanı bacılarımızın həm həyatı təhlükəyə atılır, həm də onların fiziki sağlamlığına çox böyük zərbə vurulur. Bu həm də nəslin artımını azaldır. Çünki keysəriyyə əməliyyatı olan bacılarımız çox vaxt dünyaya yalnız bir uşaq gətirə bilirlər. Bunlar öz cibləri naminə rayonumuzun gələcəyin məhv edirlər. Aidiyyatı orqanları bu soyqırımı dayandırmağa çağırıram.”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.