backend

Bəzi siqaretlər ucuzlaşdı — FOTOLAR

Bu gün paytaxt mağazalarında bəzi siqaretlərin ucuzlaşması müşahidə olunub.
Bəzi siqaretlər ucuzlaşdı — FOTOLAR
Belə ki, manatın devalvasiyasından sonrakı bahalaşma zamanı 1 manat 80 qəpiyə satılan "More" siqaretinin qutusu əvvəlki qiymətinə -1 manat 20 qəpiyə düşüb. Satıcılar digər tütün məhsullarının qiymətində də ucuzlaşma olacağını istisna etmirlər.

Ölkə.Az musavat.com-a istinadən bildirir ki, onların sözlərinə görə, "More" siqaretinin qiyməti süni şəkildə artırılmışdı: "More" siqaretləri ölkəmizdə istehsal olunur və iki növdə buraxılır, lakin eyni qiymətə təklif edilir. Manatın dəyərdən düşməsindən sonra bu markalı siqaretin qutusu 1 manat 20 qəpikdən 1 manat 80 qəpiyə qalxdı. Düşünürük ki, ölkə başçısının süni qiymətlə bağlı çıxışından sonra sahibkarlar süni qiymət artımından çəkiniblər. İki gündür ki, "More" siqaretlərini 1 manat 20 qəpikdən satırıq".

Bəzi satıcılar isə "More" siqaretlərinin satışının ucuzlaşmasının bir kompaniya olduğunu bildiriblər.
Bəzi siqaretlər ucuzlaşdı — FOTOLAR