backend

Millət vəkili: “Bizi ən çox bu ölkə təəccübləndirdi”

AŞPA-da “Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərində vəziyyətin gərginləşməsinə dair” sənədin səsverməsi zamanı bizi ən çox təccübləndirən və narahat edən ölkələrdən biri Slovakiya oldu.
Millət vəkili: “Bizi ən çox bu ölkə təəccübləndirdi”
Axar.az xəbər ki, bu haqda millət vəkili Qənirə Paşayeva açıqlama verib. Deputat bildirib ki, Slovakiyanın nümayəndə heyətinin üzvləri nəinki Azərbaycanı dəstəkləmədilər, hətta ölkəmizin əleyhinə səs verdilər:

“Hesab edirəm ki, Xarici İşlər Nazirliyimiz Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə bu cür münasibətini ciddi şəkildə araşdırmalıdır. Bu ölkənin Azərbaycandakı səfiri nazirliyə dəvət olunmalıdır. Eyni zamanda, bizim Slovakiya üzrə səfirimizlə də bu məsələ ciddi müzakirə edilməlidir və baş verənlərin səbəbləri araşdırılmalıdır. Slovakiyanın AŞPA-da Azərbaycan üçün çox önəmli bir sənədin əleyhinə səs verməsi çox ciddi məsələdir və rəsmi olaraq Nazirlik səviyyəsində və Milli Məclis səviyyəsində Slovakiyaya bu məsələ ilə bağlı etirazımızı da bildirməliyik. Ən əsası isə Slovakiya ilə bu mövzularla bağlı həm səfirliyimiz səviyyəsində, həm də parlamentlərarası dostluq qrupu səviyyəsində işlər daha da güclənməlidir”