backend

Təcavüzə məruz qalan qızı xəstəxanada da zorladılar

Təcavüzə məruz qalan qızı xəstəxanada da zorladılar
Hindistanda xəstəxanada azyaşlı qıza təcavüz edən iki mühafizəçi həbs olunub. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Jamşedpur şəhərində baş verib. Bir neçə gün öncə 3-4 nəfər tərəfindən zorlanan 15 yaşlı qız müalicə üçün xəstəxanaya yerləşdirilib. Polis hadisəni araşdırmağa başlayıb. Lakin qızın yenə də bəxti gətirməyib. Bu dəfə onu gecə müalicə aldığı xəstəxananın mühafizəçiləri zorlayıblar. Hadisədən sonra polis əməkdaşları xəstəxananın 2 mühafizəçisini saxlayıb. Təkcə 2014-cü ildə Hindistanda 36735 təcavüz hadisəsi qeydə alınıb. Ötən gün isə təcavüzdən mühakimə olunan 3 cinayətkara edam cəzası verilib.