backend

Dövlət rəsmiləri akademikin vida mərasimində - Foto

Dövlət rəsmiləri akademikin vida mərasimində - Foto
Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında akademik Cəlal Əliyevlə vida mərasimi keçirilir.

Axar.az xəbər verir ki, vida mərasimində PA rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, AMEA prezidenti Akif Əlizadə, Prezidentin köməkçisi Əli Həsənov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Baş nazirin müavinləri Əli Əhmədov, İsmət Abbasov, Əli Həsənov, Elçin Əfəndiyev, Daxili İşlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, DTX sədri Mədət Quliyev, Bakı şəhər meri Hacıbala Abutalıbov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Diaspor məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dini Qurumlalra İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Fəttah Heydərov, TQDK sədri Məleykə Abbaszadə, Təhsil naziri Mikayıl Cabbarov, keçmiş təhsil naziri Misir Mərdanov, xalq artisti Zeynəb Xanlarova, mərhumun ailə üzvləri, tanınmış ictimai-siyasi xadimlər, elm adamları, millət vəkilləri iştirak edir.

Vida mərasimindən sonra akademik Cəlal Əliyev I Fəxri Xiyabanda dəfn olundu.
Dövlət rəsmiləri akademikin vida mərasimində - Foto