backend

Kerri Sinirlioğlunu yumruqla vurdu – VİDEO

Kerri Sinirlioğlunu yumruqla vurdu – VİDEO
İtaliyanın paytaxtı Romada İŞİD-ə qarşı koalisiyada yer alan ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilib.

Publika.az xəbər verir ki, ABŞ dövlət katibi Con Kerrinin qatıldığı toplantıda Türkiyəni Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu təmsil edib.

Toplantıda Con Kerri və Feridun Sinirlioğlu arasındakı səmimiyyət diqqət çəkib. Kerri salona daxil olduqdan sonra onun yanına gələn Sinirlioğlunun üzünü yumruğu ilə yüngül şəkildə vurub.

Con Kerri və Feridun Sinirlioğlu gülərək qısa bir söhbət ediblər.