backend

Saray sakini qonşusunu güllələyib

Saray sakini qonşusunu güllələyib
Saray qəsəbəsində boyun və kürək nahiyyəsindən yaralanan şəxsi qonşusunun vurduğu məlum olub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən “Makarov” markalı tapançadan iki dəfə açılmış atəşlə yetirilməsi müəyyən edilib.

Xəstəxanaya yerləşdirilən K.Babayevin vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.