Şamaxı Peşə Liseyində nələr baş verir?…

650

Şamaxı Peşə Liseyində nələr baş verir?…
Təhsili millətin, dövlətin həyatında əsas rol oynayan, daimi ölkə prezidentinin diqqət mərkəzində olan bir sahədir. Bu sahə haqqında çox deyilib, çox da danışılıb. Eyni zamanda təhsil sahəsində, bölgələrimizdə rəhbərlik edən məmurların, həmçinin direktorların yol verdikləri qanunsuzluqlar, yeyinti halları barədə az söz də deyilməyib. lakin təsadüfi insanların bu sahəyə əyləşdirilməsi bir çox hallarda ortaya böyük problemlərin cücərməsinə səbəb olur.Sonolay.org-a daxil olan məlumatlar Şamaxı Peşə Liseyində baş verən ciddi qanunsuzluqlar və direktorun özbaşınalığı barədədi. Əldə etdiyimiz məlumatlarda Şamaxı Peşə Liseyində də analoji hallar baş verməkdədir. Məlumata əsasən apardığımız ilkin araşdırmalarda bəlli oldu ki, Ramiz Soltanovun direktor olduğu adı çəkilən təhsil müəssisəsində əyanı vəsait kimi istifadə olunmaq üçün verilən avadanlıqlar təyinatı üzrə istifadə olunmur, əksinə qazanc məqsədi ilə satılır. Və eləcə də tədris otaqlarında isə tələbələri görmək faktiki olaraq mümkin deyil. Həmçinin müəllimləri də. Belə ki, dərsə gəlməyən, adı isə ştat cədvəlində yer alan müəllimlərin məvacibləri isə direktor tərəfində mənimsənildiyi də bildirilir. Maddi vəsaitlərinin mənimsənilməsi təkcə bu formada həyata keçirilmir. Belə ki, müəllimlərin maaşları, tələbələrin isə təqaüd aldıqlarını nəzərə alsaq lisey kalidorlarında görünməyən sonuncuların təqaüdləri də müəllimlərin məvacibləri ilə bir istiqamətə yönəlir.

Yaxın günlərdə adı çəkilən liseylə əlaqəli araşdırmalarımızın konkret nəticələri ilə geniş tanış olacaqsınız. Və güman edirik ki, Ramiz Soltanov rəhbərlik etdiyi təhsil müəssisəsində baş verən narahatçılıqlar barədə öz fikrini bizimlə paylaşacaq.