backend

Azərbaycanlı idmançı biznesmeni bir yumruqla öldürdü

Azərbaycanlı idmançı biznesmeni bir yumruqla öldürdü
Rusiyada azərbaycanlı idmançı şirkət rəhbərini öldürüb. Hadisə Tula vilayətində baş verib.

Tuladan olan iş adamı Kutuzova küçəsindəki "Aida" adlı kafenin yaxınlığında öldürülüb. İş adamının ölümünə yol açan dava fevral ayının 6-da baş verib.

Elektromontaj işləri ilə məşğul olan "Balqa" MMC-nin direktoru Oleq Buyanov öz tanışı ilə mübahisə edib. İlkin məlumata görə, onlar arasında mübahisəyə səbəb köhnə borc olub. Mübahisə qısa zamanda davaya çevrilib.

Hadisə şahidlərinin məlumatına görə, Oleq Buyanovun dalaşdığı şəxs Azərbaycan vətəndaşı olub. Adı açıqlanmayan və əvvəllər boksla məşğul olan azərbaycanlı qarşı tərəfə cəmi iki zərbə vurub. İş adamı kafedən getmək üçün çağırdığı taksinin yanında keçinib.

Faktla bağlı cinayət işi açılıb. //anspress