backend

Gənc qız onu evinə aparan oğlanı bıçaqladı - sərxoş vəziyyətdə

Gənc qız onu evinə aparan oğlanı bıçaqladı - sərxoş vəziyyətdə Lent.az-ın məlumatına görə, şəhər sakini, 30 yaşlı Dadaş Həsənov (ad və soyadlar şərtidir) kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı məlum olub ki, D.Həsənov öz evində tanışı, 25 yaşlı Aytən Qədimova tərəfindən bıçaqlanıb. A.Qədimova saxlanılıb. Məlum olub ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub. D.Həsənov gənc qızı evinə dəvət edəndən sonra onlar birgə yeyib-içiblər. Daha sonra ev sahibi qıza qarşı xoşagəlməz hərəkətlər etməyə çalışıb və özünü müdafiə etməyə çalışan qonaq bıçağa əl atıb. Araşdırmalar davam etdirilir.