backend

Daha dəhşətlisi ilə üzləşəcəyik, İran və Rusiya...” – ŞOK PROQNOZ

“Moskva və Tehranın Suriyanı Türkiyəni təhdid edəcək şəkildə dizayn etməsinə, buranı bir qarnizon ölkəyə çevirməsinə, Türkiyəni vuracaq şəkildə planların həyata keçirilməsinə əsla icazə verilməməlidir”.

Daha dəhşətlisi ilə üzləşəcəyik, İran və Rusiya...” – ŞOK PROQNOZPublika.az xəbər verir ki, bunu Türkiyənin Suriyaya müdaxilə edəcəyi barədə xəbərləri şərh edən türkiyəli jurnalist-yazar İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, Türkiyə Suriyaya müdaxilə etməlidir.

“İran və Rusiya sünni ərəbləri, mülayim müxalifəti, ölkə əhalisinin böyük əksəriyyətini yox sayaraq ölkəni PYD-İŞİD və rejim üzərindən idarə edilə biləcək bir şəkildə qurmaq istəyir. Türkiyə bu layihənin bir intihar hücumu olduğunu bilməlidir və bilir. Vəziyyətə müdaxilə edə bilməsək bu gün Cizrədə yaşadıqlarımızın daha dəhşətlisi ilə üzləşəcəyik. Bu gün daxili işğal sınağına çevrilən hücumlar sabah açıq və sərhəd xaricindən gələn hücumlara çevriləcək. O gün yalnız mahalları deyil, vilayətlər və bölgələrin vəziyyətini müzakirə edəcəyik”, - türkiyəli yazar qeyd edib.

İbrahim Karagül Türkiyənin Suriya sərhədi boyunca sıx hücumlara məruz qalacağını bildirib: “Yeni təşkilatlar ortaya çıxacaq və meydana atılacaq. Həmin təşkilatlarla mübarizə etmək məcburiyyətində qalacağıq. Həmin təşkilatların hər biri bir ölkənin nəzarətində olacaq. O zaman bizlər PYD ilə əməkdaşlıq etməyə, onun üzərindən həyata keçirilən proqrama təslim olmaq məcburiyyətində qalacağıq. PYD üzərindən bütün cənub bölgələrimiz mübahisəli bölgə halına gələcək”.

Yazar Rusiya və İran əslində Türkiyə ilə döyüşdüyünü qeyd edib: “Hər iki ölkə həm Suriya xalqına, həm də Türkiyəyə qarşı döyüşə başlayıb. Tehran və Moskvanın bu ölkədə apardığı döyüş Türkiyəyə qarşı bir döyüşdür. Əlbəttə, bu iki ölkə ilə döyüşməyəcəyik. Amma Suriya üzərindən Türkiyənin vurulmasına, Suriyanın anti-Türkiyə qarnizonuna çevrilməsinə göz yummayacağıq. Türkiyə Suriya məsələsinə birbaşa müdaxilə olmalıdır. Buna hərbi müdaxilə də daxildir. Türkiyənin bunun üçün İran və Rusiyadan daha çox haqqı və həqiqi səbəbləri var. Kimsə Rusiya və İranla Türkiyənin döyüşə girməsini istəməz. Amma vəziyyət çox ciddidir. Bu gün müdaxilə etməsək, sabah daha çətin şərtlərlə mübarizə aparmaq məcburiyyətində qalacağıq”.