backend

Azərbaycanlı mağaza müdiri mübahisə edən müştərilərə atəş açıb

Azərbaycanlı mağaza müdiri mübahisə edən müştərilərə atəş açıb
Münaqişənin səbəbləri aydınlaşdırılır.

Sankt-Peterburqda mağaza müdiri müştərilərə atəş açıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, sonradan məlum olub ki, meqapolisin Krasnoqvardeysk rayonunda yerləşən ərzaq dükanında alıcılar arasında münaqişə baş verib.

Hadisə yerinə gələn patrul polisi müəyyən edib ki, alıcılara mağazanın sahibi atəş açıb və asayiş keşikçilərini də o çağırıb.

44 yaşlı azərbaycanlı mağaza müştəriləri ilə münaqişəli vəziyyət zamanı “ACA” markalı travmatik tapançadan bir neçə dəfə atəş açmaq məcburiyyətində qaldığını bildirib.
Polis əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra rezin güllələr, toxunma papaq, şampan şüşəsi və üzərində qan izləri olan şüşə qırıqları götürüblər.

Ticarət məntəqəsində üç müşahidə kamerası müəyyən edilib. Hazırda onlardakı qeydlər nəzərdən keçirilir. Münaqişənin səbəbləri aydınlaşdırılır.

Polis məntəqəsinə zərərçəkənlərdən ərizə daxil olmayıb.