backend

Azərbaycanda polisin xanımı qətlə yetirildi

Azərbaycanda polisin xanımı qətlə yetirildi
Ağcabədi rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə ötən gecə Ağcabədi şəhərində qeydə alınıb. Rayon sakini olan 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı Üzeyir Hacıbəyov 13 ünvanında qətlə yetirilib.

Saytın əldı etdiyi məlumata görə, qətlə yetirilən qadın həkim olub və övladları Bakıda yaşadığından evdə tək qalırmış. Məlumatda o da bildirilir ki, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.