backend

Komitə sədri Əli Həsənovun nəvələrinin «şahənşah» həyatı- VİDEO

Əli Həsənovun 3091 manat maaşla 1 milyon manatlıq avtomobilləri necə alması kifayət qədər maraqlıdır

Bir müddət əvvəl dövlət başçısı müşavirələrdən birində bəyan etmişdi ki, məmurlar dəbdəbəli həyatdan əl çəkməli, xalqa xidmət etməlidirlər. Prezident İlham Əliyev həmçinin bəyan etmişdi ki, əgər bu barədə məlumatı olarsa, həmin məmuru işdən çıxararaq, cəzalandıracaq.
Komitə sədri Əli Həsənovun nəvələrinin «şahənşah» həyatı- VİDEO
Qeyd edək ki, indiyə qədər övladı və ya özü özbaşınalıq etmiş bir neçə məmur işdən çıxarılıb. Dəbdəbə içində yaşayan məmurların bundan nəticə çıxarmaması isə xeyli təəccüblüdür.Dövlət başçısının təlimatları və tapşırıqlarına məhəl qoymayanlar arasında Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da var.(jam.az)Həsənovun haqqında dolaşan söhbətlərdən belə anlaşılır ki, komitə sədri qaçqınların dərdinə «yandığı» ərəfədə, özünə və nəvələrinə də «gün ağlayıb». Bu zaman onun özünün Sumqayıtda hər blokda mənzili olduğuna dair iddialar var. Daha doğrusu, şəhər camaatı öz aralarında bunu artıq lətifəyə belə çevirib.

Qeyd edilir ki, komitə sədrinin nəvələrinə məxsus avtomobillər heç də ucuz hesab edilmir. Onların arasında 150 min dollarlıq «Gallenvagen» maşınından tutmuş, «Porşe» və digər bahalı maşınlar da var. Təxmini hesablamalara görə, Bayılda yerləşən Rafael ustanın sexinə təmirə gələn bu maşınların dəyəri 1 milyon manata yaxındır.

Maraqlıdır ki, Əli Həsənovun aldığı əmək haqqı toplam 3906 manatdır. Bu maaşın 2031 manatı baş nazirin müavini kimi ona verilir. 1875 manatı isə komitə sədri kimi ödənilir. İndi bu qədər maaşla miylon manatla ölçülən avtomobilləri necə almağın mümkün olduğu kifayət qədər maraq doğurur.

Bu əsnada, yayılmış bir videoda ilginc bir məqamdan bəhs olunur. Məlum olur ki, Əli Həsənovun nəvələri qatar kimi bir-birinin ardına düzərək, onların görüntüyə alıblar. Və bununla fəxr duyduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, bu barədə bir müddət əvvəl ölkə mətbuatında geniş məlumat yayılmışdı.