backend

QAXDA BAŞCININ ZULMU ƏRŞƏ DİRƏNİB-PREZİDENTİN NƏZƏRİNƏ

QAXDA BAŞCININ ZULMU ƏRŞƏ DİRƏNİB-PREZİDENTİN NƏZƏRİNƏ Musa Şəkiliyev Qaxda doğulub, boya-başa çatəb.
Musa Şaban oğlu Şəkiliyev 23 sentyabr 1959-cu ildə Qax rayonunda anadan olub. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olub və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Musa Şəkiliyev Azərbaycan Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
...........................
...........................................
İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonun saysız-hesabsız problemlərini həll etmək əvəzinə, bu gün də, şəxsi maraqlarını üstün tutmaqdadır

Respublikamızın şimal zonasında yerləşən rayonlar içərisində, Qaxın adı daha çox diqqət mərkəzində duran rayonlardan biri hesab olunur. Buna səbəb olan amillərdən ən əsası, rayon ərazisində əmələ gələn saysız-hesabsız olaylar, baş verən həngamələr, qol qoyulan qanunsuzluq əməlləridir. Əmələ gələn olayların çoxluğuna baxmayaraq, rayon rəhbərliyi yenə də şəxsi problemlərinin həlli ilə məşğul olmaqdadır. Elə bu səbəbdəndir ki, sosial problemlər məngənəsində boğulan Qax rayonu haqda, nə qədər istəsən tənqidi məqalələr yazmaq, problemlərini qabartmaq, rəhbərliyin fəaliyyətsizliyə söykənən fəaliyyəti barədə ictimaiyyətə geniş açıqlamalar vermək mümkündür.
QAXDA BAŞCININ ZULMU ƏRŞƏ DİRƏNİB-PREZİDENTİN NƏZƏRİNƏDiqqəti cəlb edən hal odur ki, bu gün Qaxın saysız-hesabsız problemləri, sağalmaz dərdləri və tam əksəriyyətin narazı olduğu səriştəsiz rəhbərliyi var. Məhz, rəhbərlikdən tam əksəriyyət ona görə narazıdır ki, cənab Musa müəllim icra hakimiyyəti “postu”na, meşə təsərrüfatının rəhbərliyindən gəldiyi gündən bu günə kimi, yerli sakin olaraq rayon üçün əhəmiyyət kəsb edən problemlərin həlli ilə məşğul olmayıb. Məsələn, o, arabir şəhərin mərkəzi ərazilərində, ətraf yaşayış məntəqələrində bir qədər təmir-bərpa işləri apartdırmaqla, kimlərinsə gözünə “kül üfürmək” istəyib. Elə ki, atılan addımlar əksəriyyətə bəlli olur, o zaman Musa Şəkiliyev də başa düşür ki, artıq onun yalanları ayaq açıb yerimir. Çünki, yerli sakinlər bilirlər ki, rayonun mərkəzindən bir qədər kənarda yerləşən kəndlərdə, iri yaşayış məntəqələrində sakinlərin üzləşdikləri prorblemlərin nə həddi, nə də ki, hüdudu var. Rəhbərlik isə boş-boş vədlər verməyə aludə olduğundan, o, nə vaxt əhali qarşısına çıxırsa, hansısa bir tədbir keçirilirsə, daim vurğulayır ki, guya kəndlərdə, ucqar qəsəbələrdə, iri yaşayış məntəqələrində və.s əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, rabitə xidmətinə və digər təminolunmalarına olan tələbat tam ödənilmək üzrədir. Sözsüz ki, icra hakimiyyətinin başçısı olaraq o, belə bir formada açıqlamalar verməli, qol qoyduğu qanunsuzluqları ört-basdır etməyə də çalışmalıdır.
Diqqəti cəlb edən hallardan biri də ondan ibarətdir ki, rayonda sosial problemlərin tüğyan etməsi ilə bərabər, müxtəlif vəzifələrin də Musa Şəkiliyevin qohum-əqrəbaları tərəfindən “zəbt” olunmasıdır. Bu haqda məlumatı verən mənbə bildirir ki, belə bir “zəbtolunma” özünü daha çox gəlir gətirən sahələrdə göstərir. Eyni zamanda o, həm də keçirilən seçkilərə etdiyi müdaxilələrə, yerli icra nümayəndəliklərini, bələdiyyə sədri “post”larını və digər vəzifələri “bazar”a şıxartmasına görə də, adını dillər əzbəri edib.
Musa müəllimin idarəçiliyi haqda başqa bir məlumatları da informasiya mərkəzimizə təqdim edən mənbə onu da qeyd edir ki, o, rayonun rəhbəri olsa da, çox zaman özünü vəzifəsinə uyqun səviyyədə aparmır.
Hörmətli oxucular! Növbəti sayımızda M.Şəkiliyevin bu və dikər qol qoyduğu qanunsuzluq əməllərindən, sahib olduğu əmlakın dəyərindən, onun kimlərə arxayın olub “firon”luq etməsindən bəhs edəcəyik. Eyni zamanda, bu gün onun rəhbərliyi altında idarə olunan rayonun dövlət qurumlarında, xüsusilə də təhsilində, səhiyyəsində, vaxtilə bərbad günə qoyduğu meşə təsərrüfatında, aqrar sektorunda, hüquq-mühafizə orqanlarında, ekologiyasında və.s digər sahələrində, nələrin baş verməsindən silsilə açıqlamalar dərc edəcəyik. Odur ki, diqqətiniz bizdə olsun.
Qarşı tərəfi də dinləməyə hazırıq.
/qaynarxətt.info/