backend

HAFİZ MİRİYEV. “Mən tənqiddən nəticə çıxarmağı sevən adamam”

HAFİZ MİRİYEV. “Mən tənqiddən nəticə çıxarmağı sevən adamam”
HAFİZ MİRİYEV. “Mən tənqiddən nəticə çıxarmağı sevən adamam”
DSMF-nin Saatlı rayon şöbəsində həyata keçrilən islahatlar öz səmərəli nəticəsini vermişdir. Uzun müddət şöbəyə rəhbərlik edən Hafiz Miriyevin səyi nəticəsində burada şəffaflıq, ciddi nizam-intizam bərqərar olmuşdur. Hafiz müəllimin öz fəaliyyətini qanunvericilik çərçivəsində qurmasi bu sahədə yüksək nəticələrin qazanılmasina stimul vermişdir. Əməkdaşımız bu günlərdə şübədə olmuş, görülən işlər barədə yerindəcə tanış olmuşdur. O, həmçinin Hafiz müəllimlə də görüşüb geniş söhbət etmişdir.
Ümumiyyətlə rayonda aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdəndir.
Qeyd edək ki, Hafiz müəllim mətbuatımızla, onun problemləri ilə tanış olan bir adamdır. Geniş oxucu kütləsi üçün maraq kəsb edəcəyini nəzərə alıb onunla apardığımız söhbəti ixtisarla təqdim edirik.

- Hafiz müəllim, ümumiyyətlə sizin rəhbərlik etdiyiniz sahədə əvvəllər baş vermiş bəzi neqativ halların mövcudluğu və onları doğran səbəblər barədə danışdıq. Ancaq əksər hallarda informasiyaların qərəzli olduğu da həqiqətdir.

- Yenə təkrar edirəm, iş olan yerdə təbii nöqsan da var. Bizim şöbədə qismən də olsa hələ də bəzi problemlər var və biz bu nöqsanları aradan qaldırmaq üçün gücümüzü səfərbər etmişik. Qeyd edim ki, mən bu vəzifəyə təyin olunandan sonra mərkəzdə ciddi işlər həyata keçrilib. Mənə göstərilən etimadı yeksək səviyyədə doğrultmağa çalışıram. Hər halda nələrə nail olmuşamsa bu göz qabağındadır. Bilirsiniz, bizim söbəyə kütləvi müraciətlər olur. Hamı müavinət almaq istəyir, ancaq ona müavinət düşür, düşmür, bu qanunvericiliyə uyğun olmalıdır. Bəzi hallarda haqsız narazılıqlar olur. Mən bunu təbii sayıram və çalışıram ki, vətəndaşa aydınlaşdırım ki, ona niyə və hansı səbəblərə görə müavinət düşmür. Bu sahədə marifləndirməyə ciddi ehtiyyac var.

- Hafiz müəllim, etiraf edək ki, tənqidin də işə xeyri böyükdür.

- Təbii, mən tənqiddən nəticə çıxarmağı sevən adamam. Bunu işçi kollektivimiz də təsdiqləyə bilər. Lakin, qərəzli, əxlaqa sığmayan, heç bir fakta söykənməyən tənqid tənqid deyil, şantajdır. Əslində bu gün azad mətbuat dediyimiz bəzi mətbu orqanlar nədənsə əsl jurnalistikanı yox, məhz bu yolu tuturlar. Mən belə yazıları bir ziyalı kimi oxumuram. Lakin bu cür məlumatların yayılması istənilən halda ləyaqətə təhqirdir. Hər bir məqalə dərc olunarkən hərtərəfli araşdırılmalı, qarşı tərəfin mövqeyi öyrənilməli və sonra çap olunmalıdır.Yurnalistika həqiqətən həm cətin həm də məsuliyyətli peşədir. Bu sahəylə peşəkarlar məşqul olmalidir.