backend

Gül: "Tarixin ən ağır günlərini yaşayırıq"

Gül: "Tarixin ən ağır günlərini yaşayırıq"
Türkiyə cümhuriyyət tarixinin ən ağır günlərini yaşayır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin 11-ci Prezidenti Abdullah Gül jurnalistlərə açıqlamasında deyib.

“Həm Ankarada, həm də Diyarbəkirdə baş verən terror olaylarında həlak olanların ailə və yaxınlarına başsağlığı verirəm. Allah rəhmət etsin. Başda Türkiyə Silahlı Qüvvələri olmaqla, millətimizin başı sağ olsun. Yaxın tariximizin, hətta cümhuriyyət tarixinin ən çətin günlərini yaşayırıq. Daxildə və xaricdə baş verən təhlükələrə qarşı həmrəy olmalıyıq. Siyasi baxışlarımızıdan asılı olmayaraq, hər kəs bir olmalıdır”, - Gül vurğulayıb.