backend

Avropa səksəkədə: 5 mindən çox terrorçu evinə qayıtdı

Avropa səksəkədə: 5 mindən çox terrorçu evinə qayıtdı
Avropa İttifaqının polis qurumu “Europol”un direktoru Rob Veynrayt qitənin böyük bir təhdid altında olduğu barədə xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rob Veynrayt minlərlə terrorçunun Avropaya geri qayıtdığını deyib.

Terrorçuların Yaxın Şərq ölkələrində döyüşdüyünə və döyüş təlimi almasına diqqət çəkən “Europol”un direktorunun sözlərinə görə, böyük səs-küy yaradacaq və böyük itkilərə səbəb olacaq terror aktları planlaşdırılır. O, Avropanın son on ilin ən böyük təhdidi ilə qarşı-qarşıya olduğunu söyləyib.

“Beş mindən çox avropalı gənc Yaxın Şərqdəki terror düşərgələrində təlim alıb və bunların böyük hissəsi Avropaya qayıdıb. Terrorçular terror aktlarını həm qrup şəklində, həm də fərdi olaraq həyata keçirə bilərlər”, - Rob Veynrayt narahatlığını dilə gətirib.