backend

Həyətindəki süni göldə timsah saxlayan məmur kimdir?

Həyətindəki süni göldə timsah saxlayan məmur kimdir?
Həmin oliqarxın bəzi vaxtlar Şamaxıdakı malikanəsində vəhşi heyvanla əyləndiyi iddia edilir

Azərbaycanda iri çinli məmurların bəzən əndazələri aşaraq, qəribə məclislər təşkil etdikləri, bahalı maşın kolleksiyası yığdıqları, habelə dəyəri milyonlarla manat olan villalar tikdirmələri ilə ad çıxarıblar. Bu sırada milyonlarla manat dəyərində olan ziynət əşyalarının hədiyyə olunması da adi hallardan biri sayılır.

Bir xeyli əvvəl isə bəzi məmurların hobbi olaraq özləri üçün vəhşi heyvanlar saxladıqları da gündəmdəydi. Lakin o dönəmlər bu məsələlərin üzərindən keçilmişdi və ya işin təfsilatını öyrənmək mümkün olmamışdı.

Həmin məmurlardan biri ilə bağlı daxil olmuş məlumat isə kifayət qədər ilgincdir. Məlumatda deyilir ki, sözügedən şəxsin Şamaxıda olduqca bahalı villası olmaqla yanaşı, geniş ərazisi də mövcuddur. Bu mövcudiyyət içində isə özünə elə nəhəng göl də salıb.

Vurğulanır ki, göl həmin malikanəyə xüsusi gözəllik verməklə yanaşı, həm də xüsusi özəlliyi ilə də seçilir. Özəl tərəfi isə ondan ibarətdir ki, sözügedən məmur həmin göldə timsah saxlayır. Düzdür, timsahların sayının çoxalmasına imkan verilmir. Lakin əyləncə olsun deyə bir neçə vəhşi heyvanın bəslənməsi həyata keçirilir.

Mənbə iddia edir ki, həmin məmur oliqarxlar sırasındadır. Lakin son dövrlər bir xeyli mövqelərini itirmək məcburiyyətində qalıb. Onun adı JAM.AZ-a məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlanmır.