backend

Marketdə 14 yaşlı qıza təcavüz etdi və kameraya çəkdi - VİDEO

Marketdə 14 yaşlı qıza təcavüz etdi və kameraya çəkdi - VİDEO
Türkiyənin Sakarya vilayətinin Qarasu kəndində 59 yaşlı market sahibi Y.G. 14 yaşılı S.Ü. adlı qızı cinsi istismar edib. Bu azmış kimi o, əxlaqsız hərəkətlərini kameranın yaddaşına köçürüb

qaynarxett.az Türkiyə KİV-ə istinadən xəbərinə görə, cinayətin üstü açılıb və market sahibi həbs edilib. Hadisə barədə xəbər tutan qızın 200 nəfərə yaxın qohumlu polis idarəsinin qarşısına gəlib və polis paltarında ora gətirilən təcüvazkarı daş-qalaq etmək istəyiblər. Onlar polis idarəsinə basqın etdiklərindən hadisə yerinə əlavə polis qüvvələri gətirilib. Polis qızın hiddətlənən qohumlarının hücumunu önləmək üçün gözyaşardıcı qaz tətbiq etməli olub. Lakin sakitləşmək bilməyən qohumlar pəncərədən polis idarəsinə daxil olmaq istəyiblər.

Qəzəblənmiş qohumları sakitləşdirmək üçün Karasu hakimiyyət nümayəndələri və polis rəisi kütlənin qarşısına çıxıb, cinayətkarın cəzalandırılması üçün gərəkən addımların atılacağını bildiriblər. Hadisə ilə bağlı cinsi istismara məruz qalan qızın atasının da həbs edildiyi bildirilir. Onun qızını fahişəliyə məcbur etdiyi iddia olunur. Qeyd edək ki, təcavüzdə suçlanan Y.G. 3 uşaq atasıdır. Onun təcavüz etdiyi 14 yaşlı S.Ü. isə başqa bir marketdə çalışımır. Polisə ifadə verən qız 3 aydır cinsi istismara məruz qaldığını və bunun kameranın yaddaşına köçürüldüyünü bildirib. Marketdə axtarış aparan polis yeniyetmə qızla çəkildiyi iddia edilən görüntüləri və xeyli sayda SD-ni tapıb