backend

Bir qrup məmura cinayət işi açıldı

Bir qrup məmura cinayət işi açıldı
Baş Prokurorluq məlumat yaydı

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin bir qrup əməkdaşı barəsində cinayət işi başlanıb.

Bu barədə Politika.Az - a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxta məhkəmə qətnamələri əsasında təyinatların aparılması barədə daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Araşdırmalar zamanı Fondun Masallı rayon şöbəsinin Pensiya təyinatı və Maliyyə uçotu sektorunun bir qrup əməkdaşı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə 2003-2013-cü illər ərzində 85 rayon sakininə övladlığa götürmə və pensiya stajlarının artırılmasna dair saxta məhkəmə qətnamələri əsasında pensiya təyinatları aparmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.