backend

Məşhur futbolçunu zindan həyatı gözləyir

Məşhur futbolçunu zindan həyatı gözləyir
Türkiyənin məşhur keçmiş futbolçusu, siyasətçi Hakan Şükür məhkəməyə verilib

Musavat.com - a istinadən xəbər verir ki, “Twitter” hesabından paylaşdığı mesajlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi səbəbi ilə AKP-dən sabiq millət vəkili Hakan Şükür haqqında 4 ilə qədər həbs cəzası istənilir.

Məlumata görə, fevralın 15-də sosial şəbəkədə paylaşdığı mesajlarda prezident Rəcəb Tayyib Ərdoğanı və onun oğlunu təhqir etməsi ilə bağlı açılan araşdırma tamamlanıb.

Qeyd edilir ki, Bakırköy 28-ci Cəza Məhkəməsi məhkəmə işi ilə bağlı gün təyin edib.