backend

“Ərdoğan Suriyaya girərsə, Rusiya Qarabağda...” - Müharibə anonsu

“Ərdoğan Suriyaya girərsə, Rusiya Qarabağda...” - Müharibə anonsu
Avropada məşhur olan İtaliyanın aylıq geosiyasi jurnalı “Limes” Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Suriyaya müdaxilə edə bilmə ehtimallarını təhlil edib

Politika.az xəbər verir ki, təhlildə Rusiyanın buna qarşı ata biləcəyi addımlar və Cənubi Qafqaz regionunda münaqişənin alovlanacağına dair fikirlər də yer alır.

“Türkiyə hələlik gözləmə mövqeyində olsa da, onun Suriyaya yerüstü müdaxiləsi real görünür. Ankara artıq Səudiyyə Ərəbistanı ilə bu məsələdə ittifaq yaradıb”, - deyə nəşr yazır.

“Limes” qeyd edir ki, Türkiyə-Rusiya müharibəsi NATO-nu çətin vəziyyətdə qoyur: “Müharibə olarsa, Moskva kənar ərazilərdə Türkiyəyə qarşı addımlar ata bilər. Misal üçün, Rusiyanın Ermənistanı Azərbaycana qarşı Qarabağda müharibə aparmağa məcbur edəcəyi gözləniləndir. Bu, Bakının müttəfiqi Türkiyəni Qafqazda münaqişə ocağına cəlb etmək gedişi ola bilər. Digər tərəfdən, Türkiyənin addımları da maraqlıdır. Ankara Rusiyanın Suriyadakı mövqelərini zəiflətmək üçün Ukraynada separatçılara qarşı müharibəyə ciddi dəstək göstərə bilər. Yaxın vaxtlarda Kiyevə səfər edən Əhməd Davudoğlu da Ukrayna torpaqlarından Moskvanı sərt tənqid etdi. Bu, yeni qarşıdurmaların ilk mesajları idi”.