backend

Azərbaycanı sanksiya gözləyirmi? - Sabiq səfir siyasi məhbus məsələsini gündəmə gətirdi

“Azərbaycan hakimiyyəti siyasi məhbusları dərhal azad etməlidir”
Azərbaycanı sanksiya gözləyirmi? - Sabiq səfir siyasi məhbus məsələsini gündəmə gətirdi
Bunu 2002-2006-cı illərdə Norveçin Azərbaycandakı səfiri olmuş Steynar Gil deyib.

Keçmiş səfirin sözlərinə görə, Azərbaycana qarşı sanksiyaların tətbiqinin zaman-zaman gündəmə gəlməsi hakimiyyətin siyasi məhbusları azad etməsində müəyyən rol oynaya bilər:

“Sanksiyalar burda müəyyən rol oynaya bilər Ancaq mən hələlik beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı sanksiyalarla bağlı güclü istək hiss etmirəm. Neft və qaz buna mane olur. Amma mühüm olan bir məsələ də var ki, bu da xalqın istəyidir. Əgər xalqın bu hakimiyyətdən xilas olmaq fikri olmasa, o zaman sankisiyalar da buna kömək edə bilməyəcək”.