backend

Bakıda orta məktəbdə insident: müəllimə döyüldü

Bakıda orta məktəbdə insident: müəllimə döyüldü
Bakının Səbail rayonunda orta məktəbdə insident baş verib. Teleqraf.com xəbər verir ki, hadisə N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. Orta məktəbdə naməlum valideyn xuliqanlıq zəminində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. Məlumata görə, Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.