backend

Tanınmış YAP-çı yeni sayt təsis etdi, Elmar Hüseynovun yazısını paylaşdı

Sabiq YAP-çı deputat və hakim partiyanın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Həsənoğlu, bir neçə illik fasilədən sonra jurnalistikaya geri dönüb.
Tanınmış YAP-çı yeni sayt təsis etdi, Elmar Hüseynovun yazısını paylaşdı
Daxil olan məlumata görə, o, bundan sonra fəaliyyətini onlayn mediada davam etdirəcək. Belə ki, A.Həsənoğlu “28-may.az” adlı yeni internet saytını təsis edib.

Sayt fevralın 25-dən fəaliyyətə başlayıb.

Maraqlıdır ki, “28-may.az” fəaliyyətə başlar-başlamaz, müəllif yazıları bölməsində qətlə yetirilmiş jurnalistin – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məqalələrindən birini təkrar paylaşıb…
Tanınmış YAP-çı yeni sayt təsis etdi, Elmar Hüseynovun yazısını paylaşdı