backend

“İlhaməni zəhərləyiblər!” - Şok İddia

“İlhaməni zəhərləyiblər!” - Şok İddia
"Mən bu məsələni belə qoymayacam"
"İlhamə Quliyevanın belə erkən dünyasını dəyişməsində Mehriban Hüseynova günahkardır. O, İlhamə Quliyevanın yeyib-içdiklərinə müxtəlif dərmanlar qatmasaydı sənətkar 80 il də yaşayardı".

"Report" xəbər verir ki, bunu İlhamə Quliyevanın vəkili Elmira Məmmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İlhamə Quliyeva ilə bağlı məhkəmə prosesini davam etdirəcək: "Mən bu məsələni belə qoymayacam. Məndə elə faktlar var ki, onları ictimaiyyətə açıqlaya bilmərəm, amma istintaqa vermişəm".

Vəkil qeyd edib ki, Mehriban Hüseynovaya haqq qazandıranlar istintaqa təqdim olunan faktlarla tanış olsalar, fikirlərini tamamilə dəyişərlər.