backend

ABŞ açıq şəkildə terrorçuları müdafiə etdi – ŞOK

ABŞ açıq şəkildə terrorçuları müdafiə etdi – ŞOKABŞ YPG-ni (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) yenə də terror təşkilatı adlandırmaqdan çəkinib. Publika.az xəbər verir ki, ABŞ Dövlət katibinin sözçüsü Mart Toner YPG ilə bağlı mövqelərinin dəyişmədiyini bəyan edib. Onun sözlərinə görə, YPG-nin PKK-ya bağlı olub-olmadığı haqda Türkiyə ilə fikir ayrılıqları var: “Hazırda bu məsələ üzərində qızğın müzakirələr gedir”. Lakin o həm də ABŞ-ın YPG-ni terror təşkilatı kimi tanımaq fikrində olmadığını dilə gətirib. “Hansısa təşkilatın terrorçu olduğunu aydınlaşdırmaq üçün vaxt lazımdır. YPG ilə bağlı o nöqtədə deyilik. Onları terror təşkilatı kimi qəbul etmirik”, - deyə o bildirib. Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror aktının PYD/YPG tərəfindən həyata keçirildiyi təsdiqlənib.