backend

VİDEO: 12 yaşlı qız 65 yaşlı kişi ilə saxta nikaha girdi

VİDEO: 12 yaşlı qız 65 yaşlı kişi ilə saxta nikaha girdi
Amerika Birləşmiş Ştatlarında insanların erkən nikaha münasibətini öyrənmək üçün eksperiment keçirilib. Azyaşlı qızla qoca kişinin evlənməyinə hamı etiraz edib.

12 yaşlı qız 65 yaşlı kişi ilə saxta nikaha girib. Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində "Azyaşlı gəlin" sosial eksperimenti keçirilib.

Yaşlı kişi bəy kostyumu, 12 yaşlı qız isə gəlin libasında Nyu-York Times meydanına çıxıblar. Onlar toy şəkli çəkdirirmiş kimi fotoqrafa poza veriblər.

Onları görən hər kəsin reaksiyası isə eyni olub. Təəccüblərini gizlədə bilməyən insanlar kişini fikirindən daşındırmağa çalışıblar. Qıza müxtəlif suallar verən insanlar erkən nikahın qarşısını almağa çalışıblar.

Kişiyə 65 yaşında uşaqla evlənməyin utancverici olduğunu bildirən insanlar gizli kamera vasitəsiylə lentə alındıqlarından xəbərsiz olublar. Hətta qızın məcburiyyət səbəbindən evləndiyini deyən bir qadın, onu evinə aparmaq belə istəyib. Sonda bir oğlan bu addımına görə hətta kişiyə əl-qol ataraq onu döymək istəyib.