backend

Dəhşət: arvadını, 8 uşağını, valideynlərini və 3 bacısını öldürdü

Dəhşət: arvadını, 8 uşağını, valideynlərini və 3 bacısını öldürdü

Hindistanda dəhşətli qətl hadisəsi törədilib.

Virtualaz.org “RİA Novosti”-yə istinadən bildirir ki, 35 yaşlı Hansil Varekar gecə 02 radələrində həyat yoldaşını, 8 uşağını, 3 bacısını və valideynlərini yatdığı yerdə bıçaqla öldürüb. Bundan sonra o özünü asaraq intihar edib.

Hadisənin təfərrüatları barədə polisə Varekarın sağ qalmış bacısı məlumat verib. Onun qışqırıqlarını qonşu eşidib və evə daxil olmağa çalışıb, lakin qapı içəridən bağlı olub. O, birinci mərtəbədə pəncərəni sındıraraq evə girib və bıçaq yaraları olan qızı evdən çıxarıb.

Varekar Txan şəhərində bayram tədbirlərinin təşkilatçısı kimi tanınıb. Onun ağlı başında, normal adam, ailəsinin də ərazidə tanınmış, sakit ailə olduğu bildirilir.

Həmin gecə Varexar ailəsində şənlik olduğu üçün qohumların əksəriyyəti onlarda qalmalı olubmuş.

Cinayətin motivləri hələlik məlum deyil. Polis araşdırma aparır