Sərdar Həmidov dünyasını dəyişdi

hadise 29-02-2016, 03:27
Sərdar Həmidov dünyasını dəyişdi

Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib.

Bu barədə müsavat.com-a onun yaxınları məlumat verib. Bir neçə gün öncə qəfildən halı pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirilən S.Həmidov bu gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
Oxunub: 629
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10