backend

Dayə 4 yaşlı uşağı vəhşicəsinə öldürdü-VİDEO

Dayə 4 yaşlı uşağı vəhşicəsinə öldürdü-VİDEO
Rusiyanın paytaxında dəhşətli hadisə baş verib. AzadQadin.az bildirir ki, ANS PRESS-in "lifenews"a istinadla verdiyi məlumata görə, dəyə azyaşlı uşağın başını kəsib. Adı açıqlanmayan qadın kəsdiyi başla Moskvanın "Oktyabrskoe pole" metrostansiyası yaxınlığına gəlib.

Şahidlərin sözlərinə görə, metronun giriş və çıxışı bağlanıb. Qadın əlində tutuduğu uşağın başını nümayişkarənə şəkildə göstərir, özünü partladacağını deyir. Qadın başqan ayağa kimi qara geyinib.

Polis qadını tuta bilib. Hazırda hadisənin motivləri müəyyən edilir, qadına psixoloji ekspertiza təyin edilib.

İlkin ehtimala görə, dayə baxdığı 4 yaşlı Nastya adlı qızı vəhşicəsinə öldürüb. Qətl hadisəsi Norodnıy Opolçeniya küçəsindəki mənzildə baş verib. 39 yaşlı Gülçöhrə Bobokulova səhər saatlarında çalışdığı evə gəlib. Valideylərin işə getməsini gözləyib. Onlar evdən çıxdıqdan sonra isə yatan körpəni qətlə yetirib. Daha sonra evə od vurub və uşağın başını kəsərək sellofan torbaya qoyub. Torbanı çantasında gizlədən qadın evi tərk edib.

Adıçəkilən metro istiqamətində gedib. Çıxışda polis ondan şübhələnib və sənədlərini tələb edib. Buna cavab olaraq qadın çantasından uşağın kəsilmiş başını çıxarıb və qışqırmağa başlayıb ki, uşağı öldürüb.