backend

AVTOMOBİLLƏRİ GÖMRÜK BAHALAŞDIRIR-Dövlət büdcəsindən YAYINAN PULLAR

AVTOMOBİLLƏRİ GÖMRÜK BAHALAŞDIRIR-Dövlət büdcəsindən YAYINAN PULLAR
Xarici avtomobil firmalarının Azərbaycandakı nümayəndə və dilerlərinin gətirdiyi «birinci əl» minik maşınlarını rəsmiləşdirmək ildən-ilə daha baha başa gəlir.

Araşdırmalar göstərir ki, neft pullarının dövlət büdcəsinə «axdığı» dövrdə, bir çox başqa mallar kimi, minik avtomobilləri də gömrükdə aşağı qiymətlə rəsmiləşdirilib. Nəticədə külli miqdarda vəsait dövlət büdcəsindən yayındırılıb. Bu işə qatılanlar, təbii ki, pis qazanmayıb.

NEFT PULLARI AZALDIQCA AVTOMOBİL BAHALAŞIR?

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən il Azərbaycana 23 min 756 ədəd minik avtomobili gətirilib. Bunun 16 min 677-si rəsmi distribütor və diler şirkətlərin payına düşür. Qalanları, bir qayda olaraq, işlənmiş avtomobillərdir. Onları ayrı-ayrı şəxslər ya satış, ya da şəxsi istifadə üçün gətirib.

Miq.az AzadlıqRadiosunun araşdırmalarına istinadən bildirir ki, əgər 2014-cü ildə Azərbaycana idxal edilən bir ədəd minik avtomobili gömrükdə orta hesabla 12 min 304 ABŞ dollarına rəsmiləşdirilmişdisə, ötən il bu göstərici 15 min 242.5 dollar idi. 2013-cü ildə isə gömrükçülər bir minik avtomobilinə bundan iki dəfə az – 8 min 153 dollar qiymət qoyublar.

Mühərrikinin gücünə görə ən «bərkgedən» avtomobillərin qiymətləndirilməsində də son üç ildə ciddi sıçrayış baş verib. 2013-cü ildə mühərrikinin həcmi 3 min kubsantimetrdən çox olan minik avtomobillərindən, orta hesabla, 23 min 221 dollar gömrük rüsumu və vergi alınıb. 2014-cü ildə bu rəqəm 35 min 491 dollara, ötən ilsə 58 min 143 dollara yüksəlib.

«BƏRKGEDƏN» MAŞINLAR BELƏ RƏSMİLƏŞDİRİLİR
AVTOMOBİLLƏRİ GÖMRÜK BAHALAŞDIRIR-Dövlət büdcəsindən YAYINAN PULLAR