backend

Prezident qəzaya düşdü — VİDEO

Prezident qəzaya düşdü — VİDEO
“Maşın yoldan çıxıb, amma heç kim xəsarət almayıb”
Polşa prezidenti Anjey Dudanın avtomobili ölkənin cənubunda iri avtomobil magistralında yoldan çıxıb Bu barədə oxu.az-a xəbər verir. “Maşın yoldan çıxıb, amma heç kim xəsarət almayıb”, - dövlət başçısı TVN24 telekanalının efirində deyib. Onun sözlərinə görə, “nəzəri olaraq bu hadisə baş verməli deyildi”.
Qeyd edilir ki, hadisə BMW maşınının təkərlərindən birinin deşilməsi ucbatından baş verə bilərdi. Polşa DİN rəhbəri BMW-ni müntəzəm olaraq yoxlanıldığını bildirib. “Maşın bir neçə il istifadə edilib, bu, baş verməli deyildi, amma oldu”, - o, TVN24 telekanalının efirində bildirib. Polşa polisi hadisəni araşdırır. Yolun qalan hissəsini Duda başqa avtomobildə davam etdirib.