backend

DİQQƏT... "Qara bazar"da dollar 2 MANATA

DİQQƏT... "Qara bazar"da dollar  2 MANATA
Azərbaycan Mərkəzi Bankı martın 9-na manatın dollara olan məzənnəsini açıqlayıb. Politika.Az jam.az-a istinadən xəbər verir ki, bankın məzənnəsinə əsasən 1 dollar 1,62 manat qiymətləndirilib

Lakin bu qiymət «qara bazar»ın canlanmasına səbəb olub. Həm bir günlük tətilin olması, həm də Mərkəzi Bankın son açıqladığı qiymət işbazlara geniş meydan açıb. Nəticədə, bu gün axşam saatlarından etibarən bazarda 1 dollar əvvəlcə 1,98 manata, daha sonra isə 2 manata qalxıb. Bəzi hallarda bu rəqəm 2,10 qəpik civarında da olub.