backend

Prezident İlham Əliyev Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko ilə görüşüb

Prezident İlham Əliyev Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko ilə görüşüb


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 9-da Ukraynanın keçmiş prezidenti Viktor Yuşenkonu qəbul edib.

Musavat.com xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.

Forumda siyasi, iqtisadi, təhlükəsizlik, multikulturalizm və digər məsələlərin kompleks şəkildə müzakirə olunmasının önəmi qeyd edilib.