backend

İCRA BAŞCISI feysbuk fəallarının BAŞINI QIRXDIRIR-- ŞOK...

İCRA BAŞCISI feysbuk fəallarının BAŞINI QIRXDIRIR-- ŞOK...
Əziz Əzizov - çoxlarına bu ad tanışdır...Cəlilabadın icra başçısı. Hər yerdə olduğu kimi Cəlilabad rayonunda da icra başçısından narazıların sayı çoxdur.
Bununla işimiz yox....ki, icra başçısıdr, vəzifə adamıdır deyə hamı bir nəfər kimi ondan razı ola bilməz. Lap rəhbərlik etdiyi icra aparatı saat mexanizmi kimi işləsə belə, yenə də narazılıq olacaq. Amma və lakin...Fikrimiz icra başçısının rayonda nüfuzunun az olub, olmamasından getmir... Nə də başçının çörək monopoliyasına nəzarətindən də yazmırıq... Heç Əziz Əzizovun cəlilabadlılara əziz və ögey olmasından da getmir...
Söhbət açacağımız mövzu nəinki oxucularımızın, heç hörmətli icra başçısının özünün də xoşuna getməyəcək... Əgər Cəlilabadın icra başşçısı bizə şikayət göndərən şəxsin yerinə öz oğlunu və ya nəvəsini, cəhənnəm uzaq bir qohumunu qoysa, onda yazılanlardan bir nəticə çıxaracaq...
Beləliklə Miq.az-a daxil olan şikayət məktubuyla siz də tanış olun... və görün rayon icra başçıları özlərini hansı səviyyəyə endirirlər...Və onlar həqiqətən də təyin olunduqları rayonda vətəndaşların xidmətçisi kimi yox, AĞAsı kimi aparırlar... Amma vallah, AĞA da özünü bizim icra başçıları kimi aparmir...
Bir sözlə, Miq.az-a daxil olan məlumatlar icra başçısının Cəlilabadı öz xanədanı kimi qəbul edərək şahlıq etdiyini deməyə əsas verir.
Dünən Miq.az-ın redaksiyasına Cəlilabaddan daxil olan hər iki məktubda feysbuk fəallarının incidilməsi ilə bağlı məlumatlar yer alıb. Məlumatlarda deyilir ki, hətta bəzi ziyalılar belə Əziz Əzizovun xoşuna gəlməkdən ötrü icra başçısının qəbuluna yazılırlar ki, bəs filankəs feysbukda bu sözü yazıb. Cənab başçı, onu necə məhv edək? Redaksiyamıza məlumat verən şikayətçi insafən onu da qeyd edib ki, bəzi hallarda icra başçısı bu cür "ziyalı"lardan xoşlanmayaraq onları geri qaytarır. Amma və lakin...Yenə də bu cür "ziyalı"lar başçını pis əməllər törətməyə vadar edir...
Miq.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad gənclərindən biri feysbukda yazdığı statuslara və paylaşmalara görə Əziz Əzizovun hüzuruna gətirilir. Və Əziz Əzizovun bu gənclə söhbətdən sonra əmr verir ki, onun başını qırxsınlar. "Əmr" icra olunduqdan sonra başçı feysbuk fəalının həbs olunmaması və evə buraxılması ilə bağlı göstəriş versə də, bəzi qulbeçələr başçını inandırıblar ki, əgər bu gənci bu halda yola salsaq, başımız agrıyacaq. Ondan ötrü bu gənci ən azından 15-20 gün həbs etdirək ki, qoy başına tük gəlsin...Və bu təklif icra başçısı Əziz Əzizovun ağlına batır.
Miq.az-ın məlumatına görə, başçıya bu təklif rayonun polis idarəsinin işçiləri tərəfindən verirlir. Həmin gənc 15-20 gün həbs olunduqdan sonra azadlığa buraxılır və bu saçkəsmə məsələi də elə ordaca ört-basdır edilir...
Miq.az-a daxil olan digər cəlilabadlının rayon haqqında rəyini də qeyd etməyi özümüzə borc bilirk...Baxmayaraq ki, bu ifadə Əziz Əzizovun xeyrinədir....Yenə də... amma və lakin... hər şeyi olduğu kimi yazmaq Miq.az-ın vəzifə borcu olduğundan o ifadəni qeyd edirk: "Əziz Əzizovun bir çox müsbət əməlləri də var...Cəlilabad camaatından bir çox insanlar taniyiram ki, şəxsi problemləri ilə bağlı başçıya müraciətindən əliboş qayıtmayıblar."
Redaksiyadan: Çox hörmətli Əziz Əzizov! Elə düşünmə ki, dövlət rəhbərliyi sənə etimad göstərib bir rayona rəhbər təyin edibsə, deməli, sənin qeyri-qanuni dediklərin qanundur. Yalnış düşüncədir, amma təəssüf... Bu yanlışını həqiqət kimi qəbul etmə...Çünki hər şey cənab prezidentin nəzarəti altındadır!!!
Dosye: Əzizov Əziz İmran oğlu – Cəlilabad Rayonu İcra Hakimiyyətinin başçısı
09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var:
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.