backend

AYGÜN KAZIMOVANIN İŞBAZ DOSTU AZƏRBAYCANLI XANIMLARA QƏNİM KƏSİLİB

AYGÜN KAZIMOVANIN İŞBAZ DOSTU AZƏRBAYCANLI XANIMLARA QƏNİM KƏSİLİB
"Mart gəldi, dərd gəldi" məsəlinin el arasında yetəri qədər məşhur olmasından istifadə edən bəzi işbazlar dərdin "ha biri az, ha biri çox" deyərək işə qoyulublar.

Bunlardan biri də belə məlum olub ki, "Creme 21"in rəhbəri Fadal Bazzidir.

Ölkə.Az-a daxil olan məlumatda şikayətçi bildirir ki, "Creme 21" firmasının məhsullarından ibarət bayram paketi alıb. Amma aldığına həm pərt, həm peşman olub. Çünki firma zamanı keçən məhsulları yeni məhsullarla birlikdə komplektləşdirib yenidən dövriyyəyə buraxıb. Həmin bu məhsullar isə 2010-2012-ci illərdən qalanlardır.

Şikayətçimiz qeyd edir ki, qablaşdırma elədir ki, marketdən aldığı zaman içindəkilərin istehsal tarixini görməyib. Yəni, bayram əhval-ruhiyyəsində olduğundan heç diqqət də yetirməyib. Üstəlik qiyməti də münasib olduğundan, birini də bacısına alıb. Fırıldağın üstünü isə məhsullardan əvvəllər də dəfələrlə istifadə edən xanımı açıb. Kişilərin diqqət yetirmədiyi məqamı o görüb. Belə ki, "salamat" məhsulların üzərində istehsal və son istifadə tarixi aydın yazılıb. Vaxtı keçmişlərin isə son istifadə tarixləri pozulub. Təsadüfdən, bu tarix qəliblə vurulduğundan, rəng silinsə də tarix açıq-aydın görünür.

Şikayətçi qeyd edir ki, bu hədiyyə bağlamalarının bir neçə məşhur supermarketlərdə satıldığını görüb. Odur ki, hesab edib ki, marketlə dava etməyin nəticəsi yoxdur. Çünki malı market istehsal etmir ki. Bu səbəbdən bizə müraciət edərək digər özü kimi aldadılmış insanların xəbərdar edilməsini, vaxtı keçmiş məhsullardan istifadə etməməyi xahiş edir. Həmçinin ümid elədiyini bildirib ki, mağazalar da belə fırıldağa alət olmaz, insanların sağlamlığına zərər yetirəcək məhsulları satışdan yığışdırarlar.

Onun redaksiyamıza göndərdiyi fotolardan da aydın görünür ki, məhsullardan birinin son istifadə tarixi 2010, digəri 2012-ci ildə bitir. Bu isə o deməkdir ki, bu krem və losyonların hazırlandığı zamanda anadan olan uşaqlar hazırda 1-ci sinfə, ya da bağçaya gedirlər. Bu qədər uzun müddətdən sonra yenidən dövriyyəyə buraxılan məhsulların törədəcəyi xəstəliklərin, xəsarətin həcmi böyük ola bilər.

Qeyd edək ki, "Creme 21" məşhur firmadır və onun sahibi olan Fadal Bazzi, bəlkə də, firmanın özündən daha məşhurdur. Çünki o, xalq artisti Aygün Kazımova ilə yaxın dostdur. Fadal Bazzi uzun müddət Aygün Kazımovanın verilişlərinə sponsorluq edir.
AYGÜN KAZIMOVANIN İŞBAZ DOSTU AZƏRBAYCANLI XANIMLARA QƏNİM KƏSİLİB
AYGÜN KAZIMOVANIN İŞBAZ DOSTU AZƏRBAYCANLI XANIMLARA QƏNİM KƏSİLİB
AYGÜN KAZIMOVANIN İŞBAZ DOSTU AZƏRBAYCANLI XANIMLARA QƏNİM KƏSİLİB