backend

ÖLKƏDƏ üçüncü devalivasiya - 100 faizlik bir hədd ... - DƏHŞƏTLİ

Martın sonlarına qədər manatın növbəti dəfə dəyərdən düşəcəyi iddia olunur
ÖLKƏDƏ üçüncü devalivasiya - 100 faizlik bir hədd ... - DƏHŞƏTLİ
Son günlər mətbuatda üçüncü devalivasiyanın olacağına dair geniş diskussiyalar başlayıb. Bəzi ekspertlərin qənaəti budur ki, manatın növbəti dəfə dəyərdən düşməsi qaçılmazdır. Hətta bəziləri münnəccimlik edərək, bu devalivasiyanın 100 faizlik bir həddə olacağını vurğulayıb.



Həqiqətənmi üçüncü devalivasiya gözlənilir? qaynarxett.az-ya bununla bağlı daxil olan məlumatlarda vurğulanır ki, həqiqətən də belə bir qorxu var. Mənbələrin sözlərinə görə, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun mətbuata açıqlama verərək, belə bir hadisənin olmayacağı barədə fikir bildirməsi şübhə üçün yetərli qədər əsas verir. Onlar qeyd edirlər ki, bundan əvvəl də Rüstəmov belə açıqlamalar vermişdi, lakin bir həftə sonra devalivasiya baş tutmuşdu.



Mənbələrin bildirdiyinə görə, 1 dollar 1,92-1,95 manat civarında olacaq ki, bu da indiki vəziyyətlə mütənasiblik təşkil edir. Yəni, Azərbaycan tərəfi dolları faktiki olaraq 2 manatdan baha almaqdadır. Və bu qiymət isə ona yaxın olduğu üçün yaxın gələcəkdə devalivasiyanın olmayacağını deməyə əsas verir.

Neftin qiymətinin aşağı düşməsi, son dövrlər isə bir qədər stabilləşməsinə gəldikdə isə mənbələr vurğulayırlar ki, artıq bunun heç bir önəmli qalmayıb. Onlar hesab edirlər ki, hər iki devalivasiya ölkədə iqtisadiyyatın olmadığını göstərdi və bundan sonra hökumətin üzərinə düşən tək vəzifə yeni istehsal sahələrinin yaradılmasından ibarət olmalıdır.