backend

Əməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLAR

Əməkdar artist Rəhman Rəhmanov birinci həyat yoldaşından rəsmən ayrılsa da, ailədəki isti münasibəti qoruyub saxlaya bilib. Başqa sözlə desək, R.Rəhmanov iki qadını eyni bir damın altında illərlə bir arada qoruyub saxlaya bilib.

ATV-də yayımlanan "Bizimləsən" verilişində qonaq olan sənətçi ailə sirrini bölüşüb:
Əməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLAR
"42 ildir ailəliyəm, onun 22 ili ikinci həyat yoldaşımla, 20 ili isə birinci həyat yoldaşımla keçib. Amma ilk həyat yoldaşımla mehribançılığı qoruyub saxlaya bilmişəm. Övladlarım da bu məsələdə mənə kömək olub: o ananı bu anadan ayırmayıb. Bizim ailədə ögey, doğma söhbəti yoxdur, hamı doğmadır".

R.Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanım isə sənətçinin dediklərini təsdiqləyib. O bildirib ki, keçmiş həyat yoldaşının evlənməsini normal qarşılayıb:

"17 yaşımız olanda ailə həyatı qurduq. İnsan yaşa dolduqca, həyata, dünyaya baxışı başqa olur. Ola bilsin ki, mənə qarşı duyduğu hiss uşaq məhəbbəti olub. Mən onu başa düşdüm və sakit heç bir narazılıq olmadan ayrıldıq. İkinci xanımı qəbul etmək çətin olmadı. Onun dörd balası var və bu balalarımızın gələcəyi üçün mən bu mehribançılığı yaratmalı idim. Biz bir-birimizi başa düşməliydik, söhbət kişi paylaşmaqdan getmir. Biz yaşayacağımızı yaşamışdıq. Çoxları qəribə baxır ki, bu necə ola bilər axı? Amma burada möcüzəli heç nə yoxdur. Bir-birimizə güzəştlər getmişik Gülüş xanımla. Həmişə fikirləşmişəm ki, Gülüş xanımın yerində mən olsaydım necə olardı görəsən?".

Əməkdar artistin ikinci həyat yoldaşı Gülüş xanım da mehriban münasibətdə olduqlarını deyib. O, bildirib ki, xəstəxanada yatanda Ulduz xanım onun yanında olub.

Gülüş xanım bildirib ki, Rəhman Rəhamov üçüncü dəfə ailə həyatı qurmaq istəsə normal qarşılayar. "Təki ona yaxşı olsun", deyə əməkdar artistin ikinci həyat yoldaşı bildirib.
Əməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLAR
Əməkdar artist iki həyat yoldaşı ilə "bir damın altında" - FOTOLAR