backend

Bərdənin Doğum Evində «pulun varsa giriş, yoxdursa sürüş» qaydaları

Bərdənin Doğum Evində «pulun varsa giriş, yoxdursa sürüş» qaydaları
Tibbi personalın hamilə qadınlardan pul tələb etməsinin səbəbləri varmış

Bərdənin Doğum Evində sözün həqiqi mənasında bazar açılıb. Rayonda ana olmaq istəyənlər Doğum Evinə müraciət etdiklərində min bir peşmanlıq keçirirlər. Politika.Az xəbər verir ki, buna səbəb sözügedən qurumun işçilərinin elə qapının ağzındaca övlad dünyaya gətirmək istəyənlərdən pul istəmələridir.

Məlumatlarda qeyd edilir ki, Doğum Evinin müdirəsinin qoyduğu qaydalara əsasən daxil olan xəstələrdən əvvəlcə pul tələb olunur. Sancıların hansı həddə olmasının isə burada heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, pul verməyən şəxsləri qapıdan içəri belə buraxmırlar.

Qeyd edək ki, tələb olunan məbləğ əsasən 800 manatdan başlayır. Ardından isə tibb bacılarına hörmətlərin edilməsi, müxtəlif adlar altında pulların alınması prosesinə start verilir. Politika.Az-a verilən məlumata görə, işçilərin xəstələrdən pul qoparmaq cəhdlərinin başlıca səbəbi Doğum Evinin müdirinin onlardan aylıq haqq istəməsidir. İşçilər də həmin aylığı çıxarmaq üçün xəstələrə yüklənirlər.

Bu əsnada onu da diqqətinizə çatdıraq ki, Bərdənin Doğum Evində «pulun varsa giriş, yoxdursa sürüş» prinsipi işləyir. Həmçinin tibb işçilərinin xəstələrdən pul alması və tələb etməsinə dair əlimizdə xeyli sayda videogörüntülər var. Həmin görüntülər incələndikdən sonra yayımlanacaq. Pulu olmayan hamilə qadınların içəri buraxılmaması isə artıq normaya çevrilib.
QAYNARXETT.İNFO.