backend

QUMARXANALAR YENİDƏN QADAĞAN OLUNDU! - Bir əmrlə…

QUMARXANALAR YENİDƏN QADAĞAN OLUNDU! - Bir əmrlə…
Son aylar Azərbaycanda, xüsusən Bakı və Sumqayıt şəhərlərində geniş yayılmış qumarxanalar bir günün içində yığışdırılıb. Politika.Az xəbər verir ki, bu barədə azpolitika.info-ya vəkil Aslan İsmayılov məlumat verib.

Vəkil deyib ki, martın 9-da qumar oyunları təşkil edən obyektlərin fəaliyyəti tamamilə dayandırılıb. Bundan bir gün əvvəl isə o, hüquq-mühafizə orqanlarının yüksək çinli nümayəndələri ilə bir sıra görüşlər keçirib və həmin görüşlərdə qumarxana şəbəkələrinin arxasında duran vəzifəli şəxslərin adlarını açıqlayıb. Vəkil bir müddət apardığı araşdırmalar nəticəsində qadağan olunmuş fəaliyyət olan qumarxanaların arxasında hansı hüquq-mühafizə idarələrinin və vəzifəli şəxslərinin durduğunu müəyyənləşdirib. Bu araşdırmasının nəticələrini isə sözügedən görüşlərində yüksək vəzifəli hüquq-mühafizə məmurlarının diqqətinə çatdırıb. A.İsmayılov bu məsələ ilə bağlı kimlərlə görüşdüyünü açıqlamayıb.

Qeyd edək ki, əməkdaşlarımız da Bakıda müşahidə aparan zaman, bugünlərədək açıq fəaliyyət göstərən qumarxanaların bağlı olduğunu görüb.

Qeyd edək ki, Azərbaycanda qumarxanaların fəaliyyətinə 1997-ci ildən o vaxtkı prezident Heydər Əliyevin göstərişi ilə son qoyulmuşdu. Lakin bir neçə ay idi ki, Bakı, Sumqayıt və digər iri şəhərlərdə loto və kompüter oyunları geniş vüsət almağa başlamışdı. Məsələyə KİV-lərin müdaxiləsi də ciddi nəticə vermirdi. Lakin belə görünür ki, qumarxanaların fəaliyyətinin dayandırılması barədə qəti tapşırıq verilib.
QAYNARXETT.İNFO